AZ

Kəmalə Ağazadə "Televiziyada şou yaradanlar gedib hoppansın" 

"Neçə gündür sosial şəbəkələrdə paylaşılan videolardan hissələrə baxıram, telekanallların birində efirə gedən verilişdə bir qadının uşaqları ilə bağlı məsələyə kəsilmiş hissələr qoyularaq, müzakirələrə çıxarılır. Mənim üzərimə şər-böhtan atmaq kamaniyasının səbəbini bilirəm".

Referans.az xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial hesabında bildirib. O sözlərinə belə davam edib:

"Çünki mən işimi qanun çərçivəsində görürəm. Qanun pozan analara, xalalara, qanun pozanın vasitəsilə şou yaradanlara burdan üzümü tutub deyirəm, gedin hoppanın!". 

Kəmalə Aazadə daha sonra itlə çəkdirdiyi videonu sosial hesabından paylaşaraq, fikirlərinə bu sözləri əlavə edib: "Aparım səni şou - proqramlara, buraxım səni ora, orada yalan danışan adamlara "hav" elə (red.hürmək), onunla da bitsin getsin". 

Qeyd edək ki, Kəmalə Ağazadənin bəhs etdiyi video Xoşqədəm Hidayətqızının verilişindən olan kadrlardır. Verilişə çıxan qadın Kəmalə Ağazadədən şikayətlənir. 




Şəlalə Babayeva


Seçilən
54
2
referans.az

3Mənbələr