Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Ukraynada məcburi səfərbərliklə bağlı vəziyyəti diqqətlə izləyir.
Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı nümayəndəsi Daniel Bell bildirib.
Onun sözlərinə görə, hesabatda bu mövzunun olmamasına baxmayaraq, Ukraynada hərbi xidmətə çağırış BMT missiyasının diqqət mərkəzindədir.
“Bizim komandamız səfərbərlik zamanı sui-istifadə və digər problemlər barədə məlumat aldıqda vəziyyəti izləyir. Bu indiyə qədər görmədiyimiz işgəncə hallarıdır”, - deyə Bell qeyd edib.
Məlumat üçün bildirək ki, 800 minə yaxın kişi qaçılmaz səfərbərlik qorxusu səbəbindən Ukraynanın ictimai və iş həyatından yoxa çıxıb.
Türkan İSGƏNDƏRLİ