AZ

Rusiya erməni jurnalisti terrorçular siyahısına SALDI

“Rosfinmonitorin"  “Doxa” jurnalının  redaktoru Armen Aramyanı ekstremistlərin və terrorçuların reyestrinə əlavə edib.

Bizim.Media “MK.ru”ya istinadla xəbər verir ki, nəşr Rusiya Federasiyasında xarici agent və arzuolunmaz qurum kimi tanınır.

"Rosfinmonitorinq" Agentliyinin saytında verilən məlumata görə, “Doxa” internet nəşrinin keçmiş redaktoru Armen Aramyanı terrorçular və ekstremistlər siyahısına əlavə edib.

Qeyd edək ki, "Doxa" Rusiyada tələbələrin ictimai-siyasi jurnalı kimi tanınır və müharibə və qeyri-bərabərliyə qarşı çıxır.

Rəna Hacılı, Bizim.Media

Seçilən
6
1
bizim.media

2Mənbələr