AZ

Şahruddinin komanda yoldaşı Azərbaycana gəldi

Çempionatın aşkar autsayderi “Kəpəz” növbəti transferini reallaşdırıb.

“Zirə” ilə oyunsonrası mətbuat konfransında“sarı-göylər”in çalışdırıcısı Azər Bağırov komandaya yeni futbolçunun qoşulduğunu söyləmişdi.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, klub malili yarımmüdafiəçi Məhəmməd Ba ilə güclənib. O artıq düşərgədədi. Maraq üçün bildirək ki, Ba ötən mövsüm Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”da komanda yoldaşı olub.

Xatırladaq ki, Azər Bağırov gələndən sonra Rauf Hüseynli, Turan Manafov, Valdemar Almeyda, Camal Cəfərov və Luis Paçu “Kəpəz”ə cəlb olunub.

ƏSƏD SEYİDOV

Seçilən
5
football-plus.az

1Mənbələr