AZ

"Samir Abasov dəli olmuşdu, belə deyirlərsə, mənim daha sözüm yoxdur" - VİDEO

"Roy Kehatın epizoduna "penalti yoxdur" deyirlərsə, mənim daha sözüm yoxdur".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində Premyer Liqanın son turunda keçirilən “Neftçi” – “Sumqayıt” matçından (1:1) danışıb.

Tanınmış teleşərhçi baş hakim Cavid Cəlilovun nəticəyə təsir göstərən ciddi səhvlərə yol verdiyini bildirib.

Referiin xətalarını bir-bir sadalayan ekspert qeyd edib ki, qonaqlar onun idarəçiliyindən əziyyət çəkib.

“Kimyaçılar”ın baş məşqçisi Samir Abasovun əsəbindən texniki zonada yer tapmadığını, Cəlilovun isə verdiyi qərarlarla tənqidləri haqq etdiyini söyləyib.

Abbasov həmçinin deyib ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere klublara qarşı qərəzli mövqe tutub. Çünki belçikalı funksioner bir qayda olaraq hakimlərin yanlış qərarlarını ört-basdır etməklə məşğuldur.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Seçilən
75
sportinfo.az

1Mənbələr