AZ

ADY karbon emissiyalarını azaltmaq üçün gördüyü tədbirləri açıqlayıb

2023-cü ildə Azərbaycanın dəmir yollarında karbon emissiyalarını 9 % azaltmaq mümkün olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə təşkil edilmiş "Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat" mövzusunda dəyirmi masada bildirib.

"Ölkə olaraq 2050-ci ilə qədər karbon emissiyalarını 40 % azaltmaq öhdəliyimiz var. Bu məqsədlə müəyyən əməli addımlar atılır. Gəncə və Bakıda yeni anbarların istifadəyə verilməsi buna nümunədir", - deyə o qeyd edib.

"Bu il ilk davamlılıq hesabatımızı dərc edəcəyik. Bu hesabat nəqliyyat sektorunda dəmir yolu ilə bağlı öhdəliyimizə sadiqliyimizi nümayiş etdirəcək", - deyə R.Rüstəmov əlavə edib.//report

Seçilən
88
5
iqtisadiyyat.az

6Mənbələr