Helene qasırğası Amerika Birləşmiş Ştatlarının bir çox ştatlarında baş verib.
İndex.az xəbər verir ki, sözügedən əyalətlərdə böyük ziyana səbəb olan qasırğadan sonra iOS 18-nin bir xüsusiyyəti insanların köməyinə gəldi.
ABŞ-da baş verən Helene qasırğası 100-dən çox insanın ölümünə səbəb olub. Minlərlə insan işıqsız və telefonsuz qalıb. Bu fəlakətdən sonra iOS 18-nin peyk mesajlaşma xüsusiyyəti insanların ünsiyyət qurmasında mühüm rol oynadı.
Texnologiya nəhəngi “Apple”, ən son iOS 18 yeniləməsi ilə milyonlarla “iPhone”a peyk mesajlaşma xüsusiyyətini əlavə etdi. Sosial mediada edilən paylaşımlarda bu xüsusiyyətin əhəmiyyəti bir daha anlaşıldı.
“Mən “iPhone” istifadəçisi olduğum üçün heç vaxt bu qədər minnətdar olmamışam. Telefon xidmətinin olmaması səbəbindən “Asheville NC”də hazırda iOS 18-dən istifadə edən hər kəs peyk mesajlaşması vasitəsilə mesaj göndərə və qəbul edə bilər. Bu, sözün əsl mənasında həyatları xilas edir”, – sosial media istifadəçilərindən biri deyib.
“