AZ

Rusiyanın Ermənistanda 60 iri layihəsi var, amma guya bu ölkədən üz döndərib - ŞƏRH

Bakı. Trend:

Rusiya-Ukrayna müharibəsi fonunda Avropada ciddi surətdəresessiya müşahidə olunur.

Bunu Trend-in suallarını cavablandırarkənpolitoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, bütün bunlara baxmayaraq, Ermənistaniqtisadiyyatı müəmmalı şəkildə inkişaf edir.

"Ermənistan Rusiya-Ukrayna müharibəsi ilə paralel ixracdan böyükvəsait əldə edir. Bunu da revanşizmin güclənməsinə sərf edir.Zaman-zaman Qərb dairələrində Rusiyaya dəstək olan dövlətlərə dəməhdudiyyətlərin təyin olunacağı ilə bağlı fikirlər eşitsək də,Ermənistana gəldikdə, sanki onları görmürlər. Bu da Qərbölkələrinin siyasi riyakarlığını və ikili standartlarla yürüdülənsiyasətini yenidən ortaya qoyur.

Son illər ərzində Ermənistanla Rusiya arasında ticari əlaqələrartıb. Ermənistanın qaz təminatını Rusiyanın "Qazprom" şirkətihəyata keçirir. Dəmiryolları, bank, rabitə, maliyyə kimi xüsusisahələr də Rusiyanın nəzarəti altındadır. Bununla belə, ErmənistanQərb mətbuatında Rusiyaya qarşı demarş edən və asılılığınıazaltmağa çalışan bir dövlət kimi təqdim olunur".

Siyasi şərhçi Tural İsmayılov bildirib ki,Rusiya Federasiyasının iqtisadiyyat naziri M.ReşetnikovErmənistan-Rusiya iqtisadi əlaqələrinin nə qədər yüksək səviyyədəolduğunu növbəti dəfə ifşa etmiş oldu.

"Nəzərə almalıyıq ki, üzdə Rusiya ilə Ermənistan arasında siyasikonflikt kəskin səviyyədə olsa da, reallıqda belə deyil. Faktikiolaraq Ermənistanın dövlət iqtisadiyyatında Rusiyanın əzicihökmranlığı mövcuddur.

Reşetnikovun Ermənistanın ÜDM-də Rusiyanın rolunu qeyd etməsibir xəbərdarlıqdır ki, onların münasibətləri kəskinləşəcəyitəqdirdə, Rusiya əlindəki iqtisadi təsir vasitələrindən istifadəedəcək. Hazırda Ermənistanda Rusiyanın 60 iri biznes layihəsi icraolunur. Bütün bunların qarşılığında Qərb ölkələri siyasi riyakarlıqvə ikili standartlar siyasətindən əl çəkmir. Onlar Ermənistanaqarşı sanksiyaların qəbul edilməsi təşəbbüsü ilə çıxış etmir.Üstəlik, Ermənistan Qərbdə guya Rusiyadan üz döndərən dövlət kimitəqdim edilir", - deyə o qeyd edib.

Seçilən
9
az.trend.az

1Mənbələr