AZ

Millimiz Rusiyaya məğlub olub

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.

Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Rusiya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 17-ci dəqiqədə Əli Bəşirov vurub.

Qeyd edək ki, komandamız turnir çərçivəsində ilk oyununda Belarus yığmasına 1:2 hesabı ilə məğlub olub. Millimiz son matçını oktyabrın 4-də, saat 17:00-da Qazaxıstana qarşı keçirəcək.

I Liqa: IV turun təyinatları bəlli olub

“Ordu”da növbəti transfer

Misli Premyer Liqasında sentyabrın TOP-5 qolu - VİDEO

Estoniya yığmasının millimizlə oyun üçün heyəti müəyyənləşib

"Qarabağ" - "Malmö" matçına 18000 bilet satılıb

Seçilən
7
6
apasport.az

10Mənbələr