Bədbəxt futbolumuz... Bu illər ərzində başına nə gəlməyib, kimlər gəlməyib. Zaman-zaman libası dəyişib, mahiyyəti isə olduğu kimi qalıb.
İndi də ortalığa belçikalı hakimbaşı Frank De Bleker atılıb. Pul iyinə gələn əcnəbilər kimi o da bir müddət başını girləyib gedəcək buralardan. Elə De Blekerə qədər gələn Ştuxlik, Deniz Barış da Hakimlər Komitəsinə rəhbərlik etdiyi dövrdə heç bir işlə yadda qalmayıb göndəriliblər.
Əcnəbiləri yedizdirmək elə bil alnımıza yazılıb, yuxarılardan gələn qeyri-rəsmi tapşırıqdır sanki. Başqa izahı yoxdur. AFFA rəhbərıiyi dəyişir, əcnəbi sevdası qalırsa, demək ki, bunun səbəblərini daha dərində axtarmaq lazımdır.
Hər həftə hakimləri "malalamaq" niyyəti ilə açıqlama verən De Bleker get-gedə barıtı artıq eləyir. Tovuzda Millerin az qala vurub gözünü çıxardacaqdılar, De Bleker buna yüngül zərbə deyir. "Neftçi"nin müdafiəçisi Yuri Matias "Sumqayıt"lı Kehatın ayağına zərbə vurur, De Bleker bunu yüngül toxunuş adlandırır. Halbuki Matias rəqibinə endirdiyi zərbənin şiddətindən özü də ayaqda qala bilməyib yıxılmışdı.
De Bleker yüngül söhbətlərinə son qoymasa, futbolumuzdakı çəkisi azala-azala əriyəcək. Onun işi hakimliyin səviyyəsini qaldırmaqdır, hakim səhvlərinə bəraət vermək yox!
Həmid
saytlarin hazirlanmasi