AZ

Dünyanın ən bahalı oyunçusu kimdir?

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland dünyanın ən bahalı futbolçusu olub.

Futbolpress.az xəbər verir ki, “transfermarkt” portalında yenilənmələrdən sonra norveçli forvardın qiyməti 200 milyon avro qeyd edilib. Onun əvvəlki dəyəri 180 milyon avro idi.

İkinci sırada “Real”ın futbolçusu Vinisius Junior yer alıb. Braziliyalı vingerin dəyəri 180 milyon avro müəyyən edilib.

Haaland bu mövsüm 6 oyunda 10 qol vurub.

Seçilən
9
futbolpress.az

1Mənbələr