AZ

İniesta kariyerasını başa vurdu

“Barselona” klubunun və İspaniya millisinin əfsanəvi yarımmüdafiəçisi Andres İniesta kariyerasına yekun vurub. 40 yaşlı futbolçu bu barədə 8 oktyabrda mətbuata rəsmi açıqlama verəcək.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, “maestro” ləqəbli Andres İniestanın son klubu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Emireyts” olub. Yarımmüdafiəçi komandada 13 oyuna çıxıb və 4 qolla yadda qalıb.

17 il “Barselona” klubunda çıxış edən İniesta komandanın “məğlubedilməz” hesab edilən illərində aparıcı futbolçulardan biri oilub və oyun qurucu funksiyasını daşıyıb. O, bir çox futbol mütəxəssislərinə görə, Xavi Hernandeslə birlikdə dünya ən yaxşı yarımmüdafiə tandeminin bir parçası olub. vakansiyalar

 

 


Telegram kanalımız
Seçilən
86
yenisabah.az

1Mənbələr