AZ

X-in (keçmiş Twitter) dəyəri 78% aşağı düşüb

     Daha öncə Twitter kimi tanınmış X sosial şəbəkəsi 2022-ci ildə Elon Musk tərəfindən 44 milyard dollara alınmışdı. Məlum olub ki, hal-hazırda şirkətin dəyəri bu məbləğin 1/4 hissəsini təşkil edir. Fidelity adlı investisiya şirkətinin təqdim etmiş olduğu son maliyyə məlumatlarına əsasən X-in dəyəri onun Musk tərəfindən alındığı zamandan 78% aşağı düşüb. Məlumatda qeyd edilib ki, hal-hazırda X-in bazar dəyəri 10 milyard dollardan daha az qiymətləndirilir.     Musk-ın bu sosial platformanı almasından sonra ona 19.66 milyard dollar investisiya yatırmış Fidelity şirkəti indi şirkətdəki payını 4.19 milyard dollar dəyərində qiymətləndirir. X-in dəyərinin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuş bir sıra faktor mövcuddur. Onların arasında çoxlu sayda reklamçı ilə istifadəçinin platformadan ayrılması və Musk tərəfindən reallaşdırılmış mübahisəli yeniliklər var. Nəticədə Musk sözügedən sosial platformada botların fəaliyyətlərini məhdudlaşdırılmaq və tamamilə aradan qaldırmaq istədiyi halda əksinə onların aktivliklərini daha da artırıb. Bundan əlavə olaraq Musk reklamçılar ilə açıq konflikt yaşamağa başladı. Bu da X-in biznesinə və istifadəçi kütləsinə ciddi mənfi təsir göstərdi.

Seçilən
106
technote.az

1Mənbələr