AZ

Türkiyə XİN: Livandakı Türkiyə vətəndaşlarının təxliyəsi üçün planlama hazırdır

Türkiyə Xarici İşlər Nazirliyi Livanda təhlükəsizlik vəziyyətinin daha da pisləşəcəyi təqdirdə, Livandakı vətəndaşların dəniz və ya hava yolu ilə təxliyyəsi üçün alternativ plan hazırlayıb.

"Operativ Media" xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Livanda təhlükəsizlik vəziyyətinin daha da pisləşəcəyi ehtimalının olduğu bildirilib.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

Mümkün evakuasiyaya daxil olmaq üçün qeydiyyatdan keçmək istəyən vətəndaşlarımızın müraciətləri 24 saat fəaliyyət göstərən Konsulluq Zəng Mərkəzimiz (+90 312 292 29 29) vasitəsilə toplanır.

Livandakı vətəndaşlarımızın mümkün evakuasiya qərarı ilə bağlı Nazirliyimiz və Beyrut səfirliyimizin elanlarını yaxından izləmələri vacibdir.

Digər ölkə vətəndaşlarının ölkəmiz üzərindən təxliyəsi ilə bağlı prinsiplər də müəyyən edilib və indiyədək dəstək istəyən 20-yə yaxın ölkə ilə lazımi hazırlıqlar davam etdirilir.

Seçilən
52
operativmedia.az

1Mənbələr