AZ

Qəhvəyə protein tozu əlavə etmək olar?

İngiltərəli həkim Niş Manek qeyd edir ki, zülal qəbulunu artırmaq üçün qəhvəyə protein tozu əlavə etmək heç də pis bir şey deyil.

Foodinfo.az Ferra.ru-ya istinadən xəbər verir ki, bir neçə amili nəzərə almaq lazımdır.

Əvvəla, protein bədənin müxtəlif funksiyalarında həlledici rol oynayan bir qidadır.

O cümlədən əzələlərin bərpası və immunitet sisteminin fəaliyyətinin saxlanması bura daxildir.

Lakin təbi zülal mənbələri tozlardan daha sağlamdır, çünki onların tərkibində əlavə vitaminlər, minerallar və birləşmələr də var.

Bir çox protein tozlarında əlavə şəkər, əlavələr və dadlandırıcılar olur.

Həddindən artıq miqdarda şəkər və ya süni inqrediyentlər olmadan yüksək keyfiyyətli, yaxşı balanslaşdırılmış protein tozunu seçməyə çalışın.Həm də unutmayın ki, eyni vaxtda zülal və qəhvə istehlak etmək həzm narahatlığına səbəb ola bilər.

Qıcıqlanmış bağırsaq sindromu olan insanlara bu birləşmə qadağandır.

Seçilən
10
moderator.az

1Mənbələr