AZ

Finlandiya prezidenti Türkiyənin NATO üzvü və Aİ tərəfdaşı kimi əhəmiyyətini vurğulayıb

Finlandiya prezidenti Alexander Stubb, Türkiyənin NATO alyansının üzvü olması və AB ilə yaxşı tərəfdaşlıq qurmasının son dərəcə əhəmiyyətli olduğu deyib.

"Operativ Media" xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələn Stubb Qəzzadakı son hadisələr və Türkiyənin Avropa Birliyinə (AB) üzvlük prosesi kimi mövzularda danışıb.

Türkiyənin AB prosesi və Finlandiyanın bu məsələyə münasibəti ilə bağlı Stubb Türkiyənin xarici siyasətinin “çoxşaxəli” olduğunu vurğulayıb.

Stubb Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı və NATO kimi üzvlüyünə diqqət çəkərək, Ankaranın Aİ ilə də yaxın tərəfdaşlıq əlaqələrinin olduğunu bildirib.

6 qurucu dövlət və 35 üzv olduğu zaman Avropa Birliyinin mahiyyətinin tamamilə fərqli olduğuna diqqət çəkən Stubb, "Bütün bunların hansı nəticəyə çatacağı ilə bağlı hər hansı ön mülahizə yürütmək istəmirəm. Türkiyə NATO ittifaqının üzvü və AB ilə yaxşı bir ortaqlığa sahib olmaq son dərəcə əhəmiyyətlidir.", - deyə Finlandiya prezidenti Alexander Stubb bildirib.

Seçilən
9
operativmedia.az

1Mənbələr