İranın İsrailə ballistik raketlərlə zərbə endirməyə hazırlaşdığı xəbərlərinin yayılmasından sonra dünya bazarlarında bəzi aktivlərin dəyəri artıb.
İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, təkcə neftin qiyməti deyil, həm də qızılın dəyəri yüksəlib.
İnvestorlar ənənəvi olaraq təhlükəsiz aktiv sayılan qızıl almağa tələsiblər və bu fonda qızılın qiyməti bir unsiya üçün 2670 dollara qədər qalxıb.
ABŞ-nin əsas fond indeksləri -S&P 500 və Nasdaq - hər biri bir faizdən çox dəyər itirib. ISM sənaye indeksi isə 2023-cü ilin may ayından bəri ən aşağı səviyyəyə enib. Eyni zamanda, "Wall Street"in qorxu indeksi olaraq bilinən VIX indeksi də kəskin artıb.