AZ

“Neftçi”nin sabiq hücumçusu “at oynadır”, Kadi isə...

“Qarabağ”sevərlərin həsrətlə yolunu gözlədiyi Kadi Borges iyulda “Krasnodar”dan “Ferentsvaroş”a keçəndə, yəqin ki, karyerasında irəliyə doğru addım atdığını düşündü.

“Football-plus.az” xəbər verir ki, braziliyalı vingerin işləri Macarıstanda da yaxşı getmir...

Macarıstan çempionatında 8 tur arxada qalıb, iki oyunu (1-ci və 5-ci turlar) təxirə salınan “Ferentsvaroş” 6 oyuna çıxıb. Kadi yalnız 6-cı turdakı MTK ilə oyunda 90 dəqiqə meydanda olub. Qalan oyunlarda, adətən, sonradan meydana çıxıb. 3-cü turda start heyətində görünsə də, 60-cı dəqiqədə əvəzlənib. Arxada qalan oyunlarda bir məhsuldar ötürməsi var. 7-ci turda 6 dəqiqə oynayıb, 8-ci turda ehtiyatda qalıb. Yeri gəlmişkən, “Ferentsvaroş” 8-ci turda ən yaxın izləyicisi “Puşkaş Akademiyası”nı darmadağın edib (3:0) ki, bu oyunda 2023-cü ildə “Neftçi” forması geyən Matees Saldanya het-trik edib.

Bir sözlə, “Ferentsvaroş”un işləri yağ kimi gedir (6 oyuna 18 xalla liderdi), Kadi isə heç yerdə “Qarabağ”dakı qədər şans qazana və özünü göstərə bilmir. Deməli... Cümləni istədiyiniz kimi tamamlaya bilərsiz.

ORXAN

Seçilən
21
football-plus.az

1Mənbələr