AZ

Azərbaycana gəlib ad çəkdi, vaxt istədi, suala cavab verə bilmədi - MÜSAHİBƏ

“Sumqayıt”ın yeni transferi Giorgi Karaişvili Sportinfo.az-a müsahibə verib.

28 yaşlı gürcüstanlı yarımmüdafiəçi komandasının “Neftçi”ylə bərabərə qaldığı matç (1:1) haqda sualları cavablandırıb.

- Oyunla bağlı fikirlərini eşitmək maraqlıdır.

- Həqiqətən çətin və maraqlı qarşılaşma oldu. Ardıcıl məğlubiyyətlərdən sonra sərgilədiyimiz oyun, yaratdığımız qol imkanları komandanın hansı potensiala sahib olduğunu göstərdi. Əvvəldən meydanda olan və meydana sonradan çıxan futbolçular bacardığının 100 faizini etdi. Ən çox bunu bəyəndim. Əminəm ki, növbəti matçda daha yaxşı olacağıq.

- Qələbə qazanmağınıza nə mane oldu?

- Ələ düşən imkanları dəyərləndirsəydik, 3 xal qazana bilərdik. Lakin futbol belədir, qol şanslarını boşa verəndə qələbə qazanmaq mümkünsüzə çevrilir.

- 1 xalı uğur hesab edirsən?

- Yaratdığımız qol vəziyyətlərini göz önünə gətirəndə, təbii ki, heç-heçəni uğur saya bilmərəm. Ancaq ümumi götürsək, 1 xal indiki məqamda pis nəticə deyil. Mən bunu qələbəyə bərabər heç-heçə sayıram.

- Şans qazandığın iki oyuna əsasən fiziki baxımdan hazır olmadığını görnək mümkündür. İdeal forma yığmağın üçün nə qədər vaxt lazımdır?

- Maydan bu yana futbol oynamırdım. Fərdi məşqlər etsəm də, bu, kollektiv çalışmaların və rəsmi oyunların yerini vermir. Formamı bərpa etmək üçün çox çalışıram. Fikrimcə, 4-5 oyundan sonra “Sumqayıt”a lazım olan qədər fayda verəcəyəm.

- Yeni komanda, yeni mühit, yeni ölkə... Uyğunlaşma prosesi necə keçir?

- Çox yaxşı komanda yoldaşlarım və klubun əməkdaşları var. Mehribandırlar, özümü rahat hiss etməyim üçün əllərindən gələni edirlər. Adaptasiya gözlədiyimdən də yaxşı keçir.

- Özünü “Sumqayıt”da yaxşı tərəfdən göstərməklə vaxtilə formasını geyindiyin, hətta Cəbəllütariqin qapısına qol vurduğun Gürcüstan millisindən təklif almağı real hesab edirsən?

- Bu suala dəqiq cavab vermək çətindir. Hər şey necə oynayacağımdan asılıdır.

HƏBİB

Seçilən
82
sportinfo.az

1Mənbələr