AZ

Biləsuvarda 56 məktəbəhazırlıq qrupunda tədris başlayıb 

Biləsuvar rayonu üzrə bu gündən 56 məktəbəhazırlıq qrupunda tədris başlayıb.

Bu barədə "Far.Az"un Muğan bürosunun sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu qruplarda 1 057 nəfər uşaq təhsil alacaq.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il (2019-cu ildə) tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur.

Seçilən
11
1
far.az

2Mənbələr