AZ

"ChatGPT" beyin şişlərini insan dəqiqliyi ilə aşkar etməyi öyrənib

Osaka Böyükşəhər Universiteti Tibb Fakültəsinin alimləri "ChatGPT"nin MRT görüntülərindən beyin şişlərini şura tərəfindən təsdiq edilmiş neyroradioloqların nümayiş etdirdiyi dəqiqliklə diaqnoz edə biləcəyini tapıblar.

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri “European Radiology” jurnalında dərc olunub.

"ChatGPT" (Generative Pre-trained Transformer) OpenAI tərəfindən yaradılmış generativ süni intellektdən istifadə edən çatbotdur. Tədqiqatçıların fikrincə, neyron şəbəkələrdən getdikcə müxtəlif elmi sahələrdə, o cümlədən radiologiyada istifadə olunur. "ChatGPT" kimi böyük dil modelləri hətta diaqnozda kömək edə və ya ikinci rəy təklif edə bilər.

"ChatGPT"nin tibbi potensialını qiymətləndirmək üçün elm adamları proqrama əməliyyatdan əvvəl 150 beyin MRT hesabatından məlumatları təqdim etdilər. Yapon dilində gündəlik klinik qeydlərə əsaslanaraq, "ChatGPT" iki şura tərəfindən sertifikatlaşdırılmış neyroradioloq və üç ümumi radioloqla birlikdə beyin şişlərinin varlığını qiymətləndirib.

"ChatGPT"nin diaqnostik dəqiqliyi neyroradioloqlar və ümumi radioloqlar üçün müvafiq olaraq 72% və 68% ilə müqayisədə 73% təşkil edib. "ChatGPT" performans nəticələri klinik hesabat müəllifindən asılı olaraq dəyişib. Neyroradioloqun yazılı materiallarından istifadə edərkən dəqiqlik 80%, ümumi radioloqdan isə 60%-ə çatıb.

Gələcəkdə alimlər diaqnostik təsvirin digər sahələrində böyük dil modellərinin istifadəsini tədqiq etməyi planlaşdırırlar ki, bu da həkimlərin iş yükünü azaldacaq və diaqnostik dəqiqliyi artıracaq.

Samir

Seçilən
93
50
hit.az

10Mənbələr