AZ

Yurgen Klopp ordenlə təltif olundu

style='margin-bottom:10px;'>

“Liverpul” və “Borussiya”nın sabiq baş məşqçisi Yurgen Klopp ordenlə təltif olunub. 

QOL.az “Bild” nəşrinə istinadən xəbər verir ki, mükafat 3 oktyabrda keçirilən Alman Birlik Günü bayramına həsr olunub. Almaniyanın prezidenti Frank-Valter Ştaynmayer Y. Kloppu Almaniya qarşısındakı xidmətlərinə görə ordenlə təltif edib. 57 yaşlı mütəxəssisin aldığı ordeni müşayiət edən qeyddə deyilir: “Uğur və şöhrət ona heç vaxt hər idmançıda insanı görməyə mane olmayıb”.

Qeyd edək ki, Yurgen Klopp 2008-ci ildən 2015-ci ilə qədər Dortmund “Borussiya”sını çalışdırıb. O, həmin dövrdə 2 dəfə Almaniya çempionluğunu qazanıb. 2015-ci ildən 2024-cü ilə qədər çalışdırdığı “Liverpul”la isə Çempionlar Liqasının və İngiltərə Premyer Liqasının qalibi olub.

Seçilən
30
1
teleqraf.com

3Mənbələr