AZ

Rutte: “Ukraynanın özünü müdafiə etmək hüququ var”

“Ukrayna özünümüdafiə müharibəsi aparır və beynəlxalq hüquqa görə, özünü müdafiə etmək hüququ var. Hətta bura onun hüdudlarından kənar fəaliyyətlər də daxildir”.Elchi.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte məlumat verib.O, vurğulayıb ki, hər bir müttəfiq Ukraynaya dəstəyin səviyyəsini müstəqil şəkildə müəyyənləşdirir.“Ukrayna özünümüdafiə müharibəsi aparır. Bu, o deməkdir ki, Ukraynanın özünü müdafiə etmək hüququ var. Və bildiyimiz kimi, beynəlxalq hüquqa görə bu hüquq sərhəddə bitmir. Bu, Ukraynanın özünümüdafiə hüququnu dəstəkləmək deməkdir. Amma hər bir müttəfiq Ukraynaya hansı səviyyədə dəstək verəcəyinə qərar verir. Mən alyansın adından qərar vermirəm. Partnyorlar qərar verəcəklər”, – deyə Rutte bildirib.O, həmçinin qeyd edib ki, konkret bir silah müharibəni həll etməyəcək, lakin müttəfiqlərin dəstəyi Ukrayna üçün son dərəcə vacibdir.“Biz başa düşməliyik ki, müharibə konkret bir silahla həll olunmayacaq. Amma bu çox vacibdir. Mən Ukraynanın xahişini başa düşürəm. Ancaq yenə də nə edəcəyinə müttəfiqlər qərar verməlidirlər. Və müəyyən tərəfdaşlar var, məsələn, ABŞ. Onların rəhbərliyi Ukraynaya özünü müdafiə etmək üçün milyardlarla dollar xərcləyib. Aydın şəkildə demək olar ki, ABŞ-ın köməyi olmadan Ukrayna çətin ki, müstəqil ölkə ola bilərdi”, – NATO-nun baş katibi əlavə edib.Yeganə

Seçilən
76
elchi.az

1Mənbələr