Bakı. Trend:
Saat 21 radələrində Şəmkir rayon Mahmudlu kənd sakiniİ.Abbasovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə rayonunPolis Şöbəsinə məlumat daxil olub.
Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisənitörətməkdə şübhəli bilinən A.Abbasov şübhəli şəxs qismindəsaxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində başverib.
Faktla bağlı araşdırmalar davam etdirilir.