AZ

"Apple" qatlanan "iPhone"un buraxılışını təxirə salır - Problemlər var

"Apple" müxtəlif qatlana bilən "iPhone" prototiplərini sınaqdan keçirməyə davam edir, lakin bu cihazların buraxılış tarixləri bir sıra texniki problemlərə görə qeyri-müəyyən olaraq qalır. 

Valyuta.az xəbər verir ki, bu barədə "WCCFTech" portalı məlumat yayıb.

Qeyd olunur ki, qatlanan "iPhone"ların prototiplərində ekranda bükülmə və şinqin möhkəmliyi ilə bağlı problemlər var və bu da qadceti qatlanmadan buraxmaq istəyən "Apple"a "yaraşmır".

Qatlana bilən smartfonlar bazarında lider olan "Samsung" şirkəti artıq altı nəsil qatlanan qurğular buraxıb və hələ də ekranda görünən qırışları tam aradan qaldıra bilməyib. Bürüşmənin görünməsi azalıb, lakin müəyyən işıqlandırmada və müxtəlif bucaqlardan hələ də nəzərə çarpır. Qüsursuz dizayna arxalanan "Apple" üçün bu cür qüsurlar yolverilməzdir.

Qatlana bilən smartfon bazarı hələ də kiçikdir, ona görə də "Apple" əhəmiyyətli itkilər riski daşımır. Eyni zamanda şirkət qatlana bilən noutbuk bazarına daxil olmağı düşünür və 18,8 düymlük ekrana malik qatlana bilən "MacBook"u elan edə bilər. Bununla belə, bu cihazın sənaye istehsalı 2027 və ya 2028-ci ilin sonuna qədər təxirə salınıb.

Nüfuzlu insayder və "Bloomberg"in jurnalisti Mark Qurmanın sözlərinə görə, müasir qatlanan smartfonlarda hələ də proqram təminatı ilə bağlı bir sıra problemlər var. Bununla belə, o, əmindir ki, "Apple" belə bir qadceti buraxdıqda, oyunun qaydalarını dəyişəcək.

Paşa Məmmədli
 

Seçilən
11
valyuta.az

1Mənbələr