AZ

İranın İsrailə raket hücumu başa çatdı – Son durum

İranın raket hücumu başa çatıb.

Turkustan.az xəbər verir ki, bu barədəTASS məlumat yayıb.

Məlumatda bildirilib ki, artıq İrandan gələn təhlükə yoxdur. İsrail ordusu əhalinin sığınacaqları tərk etməsinə icazə verib.

İsrail ordusu İranın hücumunun əks nəticələrinin olacağını açıqlayıb. Qeyd edilib ki, İsrail ordusunun planları var.

“İndiki mərhələdə biz İrandan əlavə təhdidlər müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür. İsrail vətəndaşlarını qoruyacağıq. Bu hücumun İran üçün əks nəticələri olacaq. Bizim planlarımız var. Uyğun vaxtda və lazım olan yerdə hərəkətə keçəcəyik”, – deyə İsrail ordusunun sözçüsü vurğulayıb.

Qeyd edək ki, “CNN” telekanalı İranın İsrailə 500 raket atdığını yazıb./globalinfo.az/

Seçilən
17
turkustan.az

1Mənbələr