AZ

Astrologiyanın ən qəzəbli BÜRCLƏRİ

Astrologiyaya görə, hər bir bürcün öz xüsusiyyətləri və emosional reaksiyaları var. Bəziləri isə daha qəzəbli olurlular.

 

7Times.az  bu dəfə həmin bürclərlə bağlı məlumatı təqdim edir.

 

Qoç – Ümumiyyətlə, cəsur, enerjili və qətiyyətli şəxslərdir. Bununla belə, səbirsizliyinə və rəqabətə meyilli olduğuna görə asanlıqla qəzəblənirlər. Ani partlayışları ilə tanınan qoç qəzəbini tez göstərir və adətən dərhal sakitləşir.

 

Şir – Qürurludurlar, hər kəsdən hörmət və diqqət gözləyirlər. Əgər bu gözləntiləri yerinə yetirilməsə və ya özlərini alçaldılmış hiss edərlərsə, əsəbiləşəcəklər. Şirlər qəzəblərini güclü şəkildə ifadə edə bilərlər. Onların aqressivliyi tez-tez incidilmiş qürurdan qaynaqlanır.

 

Əqrəb – Güclü intuisiyaları ilə tanınırlar. Əqrəblər xəyanət kimi vəziyyətlərdə dərin qəzəb hissi keçirirlər. Onların qəzəbi məkrli və səssiz ola bilər, intiqam almağa meyllidirlər. Əqrəb bürcü insanları əsəblərini bir müddət içərilərində saxlayır və uyğun anı gözləyirlər. Buna görə də, onların qəzəbi çox vaxt uzunmüddətli və dağıdıcı ola bilər.

 

Oğlaq –  İntizamlı və məsuliyyətli şəxsiyyətləri ilə seçilirlər. Səbirli və ehtiyatlı olsalar da, gözləntiləri qarşılanmayanda və ya onlara qarşı haqsızlıq edildikdə əsəbiləşə bilərlər. Qəzəblərini nəzarətdə saxlamağa çalışırlar, lakin bu alınmaya bilir.

 

Oxatanlar – Öz azadlığını və müstəqilliyini sevən insanlardır. Oxatanlar məhdud və ya təzyiq altında hiss etdikdə tez qəzəblənirlər. Onların birbaşa və dürüst təbiəti qəzəblərini tez ifadə etmələrinə səbəb olur. Oxatanlar adətən hirslərini tez unudurlar və bağışlayırlar.

Sfera.az

Seçilən
42
50
7times.az

10Mənbələr