AZ

İraq hava məkanını bağlayıb

İranın İsrailə raket hücumu fonunda İraq öz hava məkanını müvəqqəti olaraq mülki aviasiya uçuşları üçün bağlamaq qərarına gəlib.

Bu barədə ölkənin nəqliyyat naziri Razak Muhaybes əl-Sədavi məlumat verib.

“İraq öz ərazisi üzərindən uçan mülki təyyarələrin təhlükəsizliyini təmin etmək üçün öz hava məkanını müvəqqəti olaraq bağlayır”, – deyə INA xəbər agentliyi nazirdən sitat gətirib.

İraq Nəqliyyat Nazirliyinin rəhbəri əlavə edib ki, ölkədə bütün hava limanlarının fəaliyyəti hazırda dayandırılıb.

Bundan əvvəl İsrail ordusu İranın İsrail ərazisini hədəf alan raket hücumu təşkil etdiyini bildirib. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib, əhaliyə sığınacaqlara sığınmaq əmri verilib.

Seçilən
143
3
azpost.info

10Mənbələr