İngiltərə Futbol Assosiasiyası (İFA) “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşə göstərilən qırmızı vərəqəni ləğv edib.
Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu İngiltərə Premyer Liqasının 6-cı turunda “Tottenhem”lə oyunda (0:3) cəzalandırılmışdı.
İFA Fernandeşə göstərilən qırmızı vərəqənin doğru olmadığı qənaətinə gəlib.