AZ

İngiltərə Premyer Liqasının ən dəyərli oyunçuları - TOP-10

Nüfuzlu "Transfermarkt" internet portalı İngiltərə Premyer Liqa klublarında oynayan bir sıra fbolçuların bazar qiymətlərini yeniləyib. Matc.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə çempionatının ən bahalı futbolçusu olub. Onun dəyəri 200 milyon avro olaraq qiymətləndirilir. İkinci sırada Mançester təmsilçisinin digər futbolçusui Filip Foden (150 milyon avro) qərarlaşıb. Premyer Liqanın üçüncü ən bahalı oyunçusunu isə 140 milyon avro dəyərində qiymətləndirilən "Arsenal"ın vingeri Bukayo Saka olub. "Transfermarkt"a görə Premyer Liqanın ən bahalı 10 oyunçusu: 1. Erlinq Haaland ("Mançester Siti") - 200 milyon avro; 2. Filip Foden ("Mançester Siti") - 150 milyon avro; 3. Bukayo Saka ("Arsenal") - 140 milyon avro; 4. Rodri ("Mançester Siti") - 130 milyon avro; 5. Deklan Rays ("Arsenal") - 120 milyon avro; 6. Martin Odeqard ("Arsenal") - 110 milyon avro; 7. Koul Palmer ("Çelsi") – 90 milyon avro; 8. Bruno Qimarayns ("Nyukasl") - 85 milyon avro; 9. Uilyam Saliba ("Arsenal") - 80 milyon avro; 10. Luis Dias ("Liverpul") - 80 milyon avro.  

phrase_var_article.chosen
105
matc.az

1phrase_var_article.sources