AZ

Burak Yılmaz istefa verdi

Futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümə uğursuz başlamış “Kayserispor”da baş məşqçi Burak Yılmaz istefa verib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubu öz sosial media hesablarında paylaşım edib.

Kayseri klubu 39 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Komandaya bundan sonra kimin rəhbərlik edəcəyi hələ dəqiqləşməyib.

Xatırladaq ki, Burak Yılmaz bu ilin yanvar ayından “Kayserispor”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 21 oyuna çıxarıb, cəmi 3 qələbə gördüyü halda, 10 heç-heçə və 8 məğlubiyyətlə üzləşib.

Cari mövsümdə isə “Kayserispor” Türkiyə Super Liqası çərçivəsində keçirdiyi 6 oyunda 3 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb və hələ qələbə üzünə həsrətdir. Komanda 3 xalla 19 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Onu da vurğulayaq ki, bu, Burak Yılmazın baş məşqçi kimi ilk iş idi. O, ötən mövsümün əvvəlində “Beşiktaş”da baş məşqçi Şenol Günəşin köməkçisi təyin edilmiş, Günəş İstanbul klubundan ayılandan sonra isə “qara qartallar”ın müvəqqəti baş məşqçisi olmuşdu.

phrase_var_article.chosen
92
arena.az

1phrase_var_article.sources