ABŞ prezidenti Co Bayden ABŞ ordusuna İranın hücumlarına qarşı İsrailə kömək etməyi və yəhudi dövlətinə atılan raketləri vurmağı əmr edib. Bu barədə Ağ Evin bəyanatında deyilir.“Prezident Bayden və vitse-prezident Kamala Harris İranın İsrailə hücumunu izləyir və milli təhlükəsizlik köməkçilərindən mütəmadi olaraq məlumatlar alırlar.Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirdiyini açıqlayıb.SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə, sarsıdıcı cavabla üzləşəcək."The Jerusalem Post" qəzeti məlumat yayıb ki, İrandan İsrailə 400-dən çox raket atılıb.İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.Gundemxeber.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta