Xəbər verdiyimiz kimi, oktyabrın 1-də İran İsrailə raket zərbələri endirib, bundan əlavə, Tel-Əvivin ətraflarında atışma baş verib.
Qaziler.az bildirir ki, “İzvestiya” hadisələrdən sonra ölkədəki vəziyyəti əks etdirən kadrları dərc edib.
Görüntülərdə yerli sakinlər təhlükəsiz əraziyə qaçır, təcili yardım və polis sirenləri eşidilir.
“Tel-Əvivdə terror aktı olub və terror hücumundan əlavə, bura raketlər atılır. İsraillilər bilirlər ki, istənilən binada gedə biləcəkləri xüsusi yer, bomba sığınacağı var”, - deyə Nikita Kulyuxin bildirib.
Onun sözlərinə görə, yerli sakinlər artıq buna öyrəşiblər.
QAZİLER.AZ