AZ

İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."

İran prezidenti Məsud Pezeşkian ölkəsinin İsrailə raket zərbələri ilə bağlı "X" hesabında paylaşım edib.O, paylaşımında bildirib: "Bu, gücümüzün yalnız bir hissəsidir: İranla münaqişəyə girməyin! Netanyahu bilsin ki, İran müharibə istəmir, lakin istənilən təhlükə qarşısında qətiyyətlə dayanır!".ABŞ administrasiyası hücumlara cavab olaraq bildirib ki, İsrailə qarşı hazırkı raket hücumu İran üçün ciddi nəticələr verəcək.Qeyd edilib ki, bu gün İran İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atıb. ABŞ ordusu İsraili bu hücumdan müdafiə etmək üçün İsrail Müdafiə Qüvvələri ilə yaxından əməkdaşlıq edib."The Jerusalem Post" qəzeti məlumat yayıb ki, İrandan İsrailə 400-dən çox raket atılıb.İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.Fars agentliyi yazır ki, İran raketlərinin ən azı 80%-i İsrailin hava hücumundan müdafiə sistemlərinə nüfuz edə bilib və yəhudi dövlətinin ərazisindəki hədəfləri vurub. Agentlik iddia edir ki, bu, yalnız birinci hücum dalğasıdır və ikincisini gözləmək lazımdır.Musavat.Com

Seçilən
93
1
dia-az.info

10Mənbələr