"Assanj siyasi məhbus hesab edilə bilər..."
Julian Assanj ədalət məhkəməsi sistemi sayəsində deyil, prokurorlarla sövdələşmə nəticəsində azadlığa buraxılıb.
Moderator.az xəbər verir ki, bu barədə "ABC News" nəşri məlumat yayıb.
"WikiLeaks"ın təsisçisi Julian Assanj bəyan edib ki, o, uzun illər həbsdən sonra yalnız özünü "jurnalistikada təqsirli biləndən" sonra azadlığa buraxılıb.
Assanj Fransanın Strasburq şəhərində AŞPA-nın hüquq məsələləri və insan haqları üzrə Komitəsində özünün həbsi və hökm çıxarılmasının insan haqları üçün nəticələri barədə ifadə verib. AŞPA-nın tərkibinə 46 Avropa ölkəsi daxidir.
"Bu gün mən azadlıqda ona görə deyiləm ki, hüquq sistemi işləyib, - bu barədə Assanj iyun ayında azadlığa buraxılandan sonra ictimaiyyət qarşısında ilk çıxışında bəyan edib. - Bu gün mən uzun illərdən sonra azadlıqdayam, çünki özümü jurnalistikada təqsirli hesab etmişəm". O, əlavə edib: "Mən ilkin mənbələrdən lnformasiya axtarışında özümü təqsirli bilmişəm".
Assanj Britaniya həbsxanasında beş il keçirdikdən və ABŞ-ın hərbi sirlərinin dərc edilməsində özünü təqsirli bilməsi ilə bağlı ədalət məhkəməsi ilə sövdələşdikdən sonra azadlığa buraxılıb.
Ədliyyə Nazirliyin prokurorları ilə razılaşma bu uzun çəkən hüquqi epopeyaya nöqtə qoyub. Həbsdən öncə o, Londonda siyasi təqib səbəbindən sığınacaq istədiyi Ekvador səfirliyində yeddi il könüllü sürgündə keçirib.
Avstraliyalı internet-naşir ABŞ-ın İraq və Əfqanıstanda hüquq pozuntularına işıq salan yüz minlərlə hərbi raport və diplomatik teleqramların qanunsuz əldə edilməsi və dərcində ittiham edilib. Onun fəaliyyəti mətbuat azadlığını müdafiə edənlər tərəfindən alqışlanıb.
AŞPA-nın insan haqları üzrə Komitəsi bəyan edib ki, Assanj siyasi məhbus hesab edilə bilər və qəbul etdiyi qətnamə layihəsində onunla qəddar rəftar edilməsindən dərin narahatlığını ifadə edib.