Aktyor Elşən Orucov fobiyasından danışıb.
"Ölkə.az" xəbər verir ki, "Günə bax" verilişində qonaq olan aktyor qorxusunu "Fort Boyard" yarışmasında kəşf etdiyini bildirib:
"Fort Boyard" yarışmasına gedəndə əvvəldən anketdə soruşurlar ki, nədən qorxursunuz? Mən də yazdım ki, heç nədən qorxmuram. Məni elə dəxlisiz oyunlara saldılar ki... Kitab və intellektlə bağlı oyunları mənə verdilər. "Fort Boyard"da kəşf etdim ki, hündürlük qorxum var imiş".