İtaliya millisinin keçmiş üzvü Antonio Kassano Kriştiano Ronaldonun futbol oynamağı bacarmadığını bildirmişdi.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçunun bacısı Elma Aveyro sosial şəbəkə hesabındakı paylaşımında Kassanonun cavabını verib:
“Mən bu yazıq oğlanı tanımıram və vecimə də deyil. Bir şey deyəcəm.
Ronaldo oynamağı bilmirsə və 900 qol vurubsa, o zaman necə oynayacağını bilsə, nə olacağını təsəvvür edin. Kassanonun futbolçu olduğunu deyirlər. Məncə, insanlar yanılır. O, sadəcə top daşıyırdı”.
Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.