İnqilab Keşikçiləri Korpusunun bu gün İsrailə qarşı kütləvi hücumunun səbəbi Həmas Siyasi Büro rəhbərlərinin ölümüdür.
News24.az MASH Telegram kanalına istinadən xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian ABŞ və Avropa ölkələrinin İranın qisas almaqdan imtina etməsi müqabilində atəşkəs vədlərinin yalan olduğunu bildirib. Xatırladaq ki, bu, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra müzakirə edilib.
Eyni zamanda, vətəndaşlar hazırkı hücümdan müəyyən görüntüləri də lentə alırlar. Təqdim etdiyimiz görüntülərdə Qüdsdə Qərb Divarı yaxınlığındakı vəziyyət əks olunub.
Günel Məlikzadə