"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeşin İngiltərə Premyer Liqasının 6-cı turunda "Tottenhem"ə qarşı keçirdikləri oyunda aldığı qırmızı vərəqə ləğv edilib.
"Unikal" xəbər verir ki, referi onun Ceyms Meddisona qarşı hərəkətini birbaşa "qırmızı" ilə dəyərləndirib.
Portuqaliyalı futbolçu qarşıdakı 3 çempionat görüşünü - "Aston Villa", "Brentford" və "Vest Hem"lə matçları kənardan izləməli olsa da, apellyasiya şikayəti müsbət nəticələnib və diskvalifikasiya aradan qalxıb.
Qeyd edək ki, 6 tura 7 xal toplayan MY turnir cədvəlinin 13-cü pilləsində mövqe tutub.