AZ

Məşhur “BTS” üzvü 11,5 min dollar cərimələndi

31 yaşlı Cənubi Koreyalı reper, bəstəkar, prodüser və “BTS” səhnə adı ilə tanınan oğlan qrupunun üzvü Min Yoongi elektrik skuter sürərkən sərxoş vəziyyətdə polis tərəfindən yaxalanıb.


Sfera.az bildirir ki, Suqanın davranışı pərəstişkarlarını qəzəbləndirib və hətta pis nümunə olmamaq üçün ondan qrupdan ayrılmasını tələb ediblər. Polis müğənnini Seuldakı evinin yaxınlığında skuterdən yıxıldıqdan sonra ayağa qalxmağa çalışarkən tapıb. Onun sərxoş olduğu müəyyən edildikdən sonra avqust ayında sənətçiyə qarşı ittiham irəli sürülüb. Suqanın qanında spirt səviyyəsi 0,227%, 0,08%-lik həddən xeyli yuxarı olub.
 

Bir aydan bir qədər çox vaxt keçdikdən sonra isə Seul rayon məhkəməsi öz hökmünü verih: Suqa 11500 dollar cərimə olunub.
 

Hadisədən sonra lisenziyası əlindən alınan reperin özü üzr istəyib. O, Seulda evə getdiyini, bunun qısa bir məsafə olduğunu düşündüyü üçün sərxoş halda elektrik skuterindən istifadə edə bilməyəcəyini bir anlıq unutduğunu bildirib.
 

"Heç kim zərər görməsə də, heç bir bəhanə olmadan bu, mənim məsuliyyətimdir. Ehtiyatsızlığım və pis davranışımdan zərər görənlərdən üzr istəyirəm və gələcəkdə bunun təkrarlanmamasını təmin edəcəyəm"-deyə müğənni bildirib.
 

Pərəstişkarları onun pis davranışını qınamaqla reaksiya veriblər, bəziləri hətta onu “BTS”dən ayrılmağa çağırıblar. Qeyd edək ki, Cənubi Koreyada “K-pop” kumirləri davranış standartı olan insanlardır və milyonlarla pərəstişkar onlara baxır.

Seçilən
49
sfera.az

1Mənbələr