AZ

Neftin qiyməti 5 faiz bahalaşıb

…Neft qiymətləri Yaxın Şərqdə geosiyasi gərginliyin artması xəbəri ilə kəskin yüksəlib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Londonun ICE birjasında dekabr fyuçersləri üzrə Brent markalı neftin fyuçersləri 5,01 faiz artaraq, bir barel üçün 75,29 dollara yüksəlib.

Deyilənlərə görə, neft qiymətləri İranın İsrailə raket zərbəsi endirməyə hazırlaşdığı xəbərindən sonra yüksəlib.

Çərşənbə axşamı, oktyabrın 1-də İsrail ordusu İrandan kütləvi raket buraxılışı barədə məlumat verib.

Yenə də deyilənlərə görə, İrandan İsrail istiqamətində 500-ə yaxın raket atılıb.

Əli Babayev

Seçilən
27
sia.az

1Mənbələr