BDU-nun Astrofizika kafedrasından verilən məlumata görə, oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək.
QHT.az xəbər verir ki, bu oktyabrın 8-də pik həddinə çatacaq. Mənbəyi Əjdaha (Drakon) bürcündə olduğuna görə bu meteor yağışı Drakonidlər adlanır.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Bakıda Drakonid meteor yağışı bütün gecə ərzində müşahidə olunacaq.