AZ

Məktəbli yaxşı oxumaq üçün necə qidalanmalıdır?

Tədris ili ərzində uşaqlara təkcə psixoloji cəhətdən deyil, hərtərəfli dəstək olmaq həmişəkindən daha vacibdir. Həmçinin onların qidalanmasını balanslı etmək lazımdır ki, özünü yaxşı hiss etsin və daha yaxşı öyrənsin. "Rusiya 1" telekanalında yayımlanan "Ən vacibi haqqında" tok-şousunda rusiyalı mütəxəssislər məktəblinin pəhrizində nəyi dəyişdirmək lazım olduğu barədə danışıblar.

Müasir uşaqların pəhrizində qeyri-adi yeməklər üstünlük təşkil edir: fastfud, qızardılmış kartof, kolbasa, şirniyyat. Uşaqlar çox nadir hallarda balıq yeyirlər. Yəni, çox vaxt kifayət qədər doymamış yağ turşuları qəbul etmirlər. Ancaq konsentrasiya, diqqət, yaddaş, intellektual qabiliyyət və immunitet məhz belə yağlardan asılıdır.

Beynimizi nə qidalandırır və həqiqətən də məktəbdə uşaqların həyatını asanlaşdırmağa kömək edəcək məhsullar varmı? Bu suala mütəxəssislər “tərkibində çoxlu doymamış yağ turşuları olan məhsullar!”,-deyə cavab veriblər. Bişmiş balıq (sardalya, skumbriya), kətan toxumu, siyənək, zeytun və salat hazırlamaq üçün istifadə edilə bilən digər bitki yağları özündə böyük miqdarda omeqa-3 ehtiva edir. Mütəxəssislər bildiriblər ki, lazımi miqdarda "sağlam" yağ turşularını depolamaq üçün bir uşağın həftədə ən azı iki porsiya dəniz balığı yeməsi lazımdır.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
44
ikisahil.az

1Mənbələr