AZ

Bakıda avtomobil işıqfora çırpılıb, xəsarət alan var

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.

Belə ki, Nəriman Məmmədov idarə etdiyi “BMW” markalı maşınla yüksək sürətlə hərəkətdə olarkən əvvəlcə işıqfora çırpılıb.

Daha sonra avtomobil yolun əks tərəfinə keçərək betona çırpılıb.

Qəza nəticəsində maşının sürücüsü xəsarət alıb.

Seçilən
38
2
apa.az

3Mənbələr