AZ

Dünyada bir ilk

Kök hüceyrə müalicəsi daha əvvəl insulinə ehtiyacı olan xəstədə diabeti tamamilə tərsinə çevirib. Belə ki, 25 yaşlı diabetli qadın öz bədənindən götürülmüş və ehtiyaclarına uyğun olaraq “yenidən proqramlaşdırılmış” kök hüceyrələri köçürdükdən sonra üç aydan az müddətdə öz insulinini istehsal etməyə başlayıb. SİA “euronews.com” saytına istinadla xəbər verir ki, Pekin Universitetinin hüceyrə bioloqu Deng Hongkui və onun həmkarları tərəfindən aparılan araşdırma bu sahədə bir ilkdir. Çünki sözügedən gənc qadın öz bədənindən alınan hüceyrələrlə müalicə olunan ilk diabet xəstəsi olub. İnsulindən asılı diabet kimi də tanınan bu xəstəlik immunitet sisteminin mədəaltı vəzində insulin istehsal edən beta hüceyrələrinə hücum etməsinə səbəb olur. Bu, insulin istehsalının qeyri-kafi olmasına və ya ümumiyyətlə, istehsal olunmamasına səbəb olur. Xəstələr adətən insulin əlavələri qəbul edirlər.

Müalicə alan və Tianjingdə yaşayan qadın açıqlamasında bildirib: “Mən indi konfet yeyə bilərəm. Transplantasiyadan bir ildən çox vaxt keçir. Mən hər şeyi yeməyi sevirəm”.

Kanadanın Alberta Universitetinin transplantoloqu və tədqiqatçısı Ceyms Şapiro da əməliyyatın nəticələrinin təəccüblü olduğunu ifadə edib: “Əvvəllər müəyyən miqdarda insulin tələb edən xəstədə diabeti tamamilə geri qaytardılar. Kök hüceyrələr bədəndəki istənilən toxumanın böyüməsi və yenidən əvvəlki vəziyyətinə qayıtması üçün istifadə edilə bilər. Çünki bunlar orqanizmdəki bütün toxuma və orqanların strukturunu təşkil edən hüceyrələrdir. Buna görə də onlar toxumalardakı bütün hüceyrələrə çevrilə bilirlər. Tədqiqatçılar insanın öz hüceyrələrindən hazırlanmış toxumalardan istifadə etməklə immunosupressantlara ehtiyacı aradan qaldırmaq istəyirlər. Çünki donorlardan transplantasiya zamanı belə dərmanlardan istifadə olunmalıdır”.

Seçilən
11
3
sia.az

4Mənbələr