Oktyabrın 1-dən ölkədə, o cümlədən Naxçıvanda 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, iyulun 11-dən bu günə qədər Naxçıvanda ümumilikdə 137 ümumtəhsil məktəbinə 3300-ə yaxın uşaq elektron sistem vasitəsilə məktəbəhazırlıq qrupların qəbul edilib.
Qeyd edək ki, məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və birinci sinfə hazırlığını təmin edir.