Bir qrup haker internetə qoşulmuş "Kia" modellərində təhlükəsizlik zəifliyi aşkarlayıb. SİA xəbər verir ki, bu barədə "Wired" məlumat yayıb.
İyun ayında hakerlər aşkar edib ki, 2014-cü il "Kia Sportage"dən 2025-ci il "Karnaval"a qədər avtomobillərə onların nömrələrindən istifadə etməklə asanlıqla daxil olmaq olar. Bu, müxtəlif avtomobil funksiyalarını uzaqdan aktivləşdirməyə imkan verib.
Zəif təhlükəsizlik müəyyən funksiyalara uzaqdan giriş imkanı verən məlumat-əyləncə və telematika xidməti olan "Kia Connect" sahibi portalı ilə bağlıdır. Avtomobilin aktiv "Kia Connect" abunəliyinin olub-olmamasından asılı olmayaraq, funksiyalara cəmi 30 saniyə ərzində daxil olmaq mümkündür.
Avtomobil sahiblərinin şəxsi məlumatları da əlçatan olub. Nəşr qeyd edib ki, indi avtomobil istehsalçısı artıq bütün problemləri aradan qaldırıb.