Müğənni Zenfira İbrahimovanın 15 milyon baxış sayı toplayan mahnısı "youtube" kanalından silinib. SİA xəbər verir ki, bu haqda müğənni özü məlumat verib. Musiqisi gürcü bəstəkara aid olan "Parə-parə" mahnısını söz yazarı Muraz bəydən icazə alaraq oxuduğunu deyən ifaçı, 4 il sonra onun mahnını şikayət etdiyini bildirib: "2021-c ildə mahnını oxumuşam. Musiqisi gürcü mahnısıdır, sözləri isə Muraz bəyə aiddir. Zəng etdim, özündən icazə aldım, dedi ki, mahnımı oxusanız çox şad olaram. Amma indi deyir ki, guya qonorar istəyib, mən verməmişəm. Nəhayət 4 il sonra onun ağlına gəlib ki, mahnını şikayət etsin. O, mahnını oxuduğum 7 kanal və verilişi də şikayət edib. Beləliklə mənim 15 milyonluq mahnımı kanalımdan sildirib. Buna irad bildirəndə də dedi ki, mənim haqlarımı Türkiyə şirkəti qoruyur, bu onların ixtiyarındadır. O mənə mahnını verəndə qonorar istəsəydi, təbii ki, verəcəkdim. Mən belə cılız söhbətlərə gedən insan deyiləm. İnsanın pula ehtiyacı olanda belə etməz. Kasıb olanda da mərd olmaq lazımdır".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta