AZ

İran İsrailə yüzlərlə ballistik raket atıb

İsrail Müdafiə Qüvvələri oktyabrın 1-də bildirib ki, İranın İsrailə raket zərbələri endirib.O, ölkə sakinlərini "sayıq olmağa və komandanlığın. göstərişlərinə ciddi əməl etməyə" çağırıb. 
Bütün İsraildə hava hücumu xəbərdarlığı elan edilib. Ölkə üzərindəki hava məkanı bağlanıb. "Jerusalem Post" qəzetinin məlumatına görə, İsrailə ümumilikdə 500-ə yaxın raket atılıb. Bu məlumatın təsdiqi hələ alınmayıb. Bundan bir qədər əvvəl ABŞ İsrailə İranın ballistik raketlərlə hücum etməyə hazırlaşdığı barədə xəbərdarlıq etmişdi. "Biz İsraili bu hücumdan qorumaq üçün müdafiə hazırlıqlarını fəal şəkildə dəstəkləyirik. İranın İsrailə birbaşa silahlı hücumu İran üçün ağır nəticələrə səbəb olacaq", - Ağ Evin yüksək rütbəli rəsmisi deyib. (Turan)

Seçilən
11
aztoday.az

1Mənbələr