AZ

Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik - QAİ

Bakı. Trend:

Biz Ermənistan parlamentinin spikeri Alen Simonyanın özyurdlarından qovulmuş Qərbi azərbaycanlıların öz tarixitorpaqlarına geri qayıtmaq hüququ ilə bağlı Azərbaycan tərəfininbəyanatlarını təhrif etməsini və irqçi fikirlər səsləndirməsiniqətiyyətlə pisləyirik.

Trend xəbər verir ki, bufikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

“Azərbaycan tərəfinin çıxışında vurğulanan qayıdış hüququbeynəlxalq hüququn və fundamental insan haqlarının ayrılmazhissəsidir və Simonyanın bu hüququ ərazi iddiası kimi yozmasıErmənistanın özünün "insan hüquqları" arqumentindən istifadə edərəktəcavüzkar siyasət aparması vərdişindən irəli gəlir.

Simonyanın azərbaycanlıları "öz tarixi yurdlarını axtarmaq" adıilə Altay dağlarına göndərmək barədə ifadəsi isə Ermənistanınrəhbər dairələrində irqçilik və etnik müstəsnalıq ideologiyasınınhakim olduğunu bir daha ortaya qoyur. Xatırlatmaq yerinə düşər ki,27 sentyabr 2020-ci ildə Ermənistan tərəfi Azərbaycana qarşımüharibəyə başlayanda bu ölkənin ordusunun baş qərargah rəisi oxşarirqçi bəyanat verərək Ermənistanın hücumunun məqsədininazərbaycanlıları Altay dağlarına göndərmək olduğunu bildirmişdi.Bunun Ermənistan üçün necə nəticələndiyi hamıya məlumdur.

Simonyanın çıxışı sülh prosesini pozmaq və Ermənistandanqovulmuş azərbaycanlıların geri dönmək hüququna xələl gətirməkcəhdidir. Qərbi Azərbaycan İcması olaraq, Ermənistandan bu cürirqçi ritorikalardan çəkinməyi və Qərbi azərbaycanlıların qayıdışhüququna hörmət etməyi tələb edirik”, - deyə bəyanatda qeydedilib.

Seçilən
0
38
az.trend.az

10Mənbələr